A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
4rkW0Q

Bir çox universitet tələbələri təqaüdlərin gecikdirilməsindən narazıdır – ADMİNDƏN YAZI

Artıq Novruz bayramı günlərini yaşayırıq. Tələbələr bayram tətilini çıxdılar. Dövlət qurumlarının əksəriyyəti insanları sevindirmək üçün maaşları və təqaüdləri vaxtından əvvəl ödəyərək əhalinin bayramı daha rahat keçirməsi üçün şərait yaradır. Ancaq tələbələri deyəsən yada salan yoxdur. Universitetlər təhsil haqqının ödənməsi üçün tələbəyə sanki ultimatum verə bilir amma təqaüdləri vaxtında ödəməyə çatanda canlarına sanki ”vəlvələ” düşür.

Qafqaz Universiteti yanvar təqaüdlərini mart ayında verə bildi. Tələbələrin facebookda etdiyi narazılıqlardan sonra nəhayət universitet təqaüdləri verdi. İndi tələbələri düşündürən fevral və mart təqaüdlərinin nə zaman veriləcəyidir. Bəziləri hətta bunun yayda mümkün olacağını düşünür.

Facebookun Azərbaycan Universitetləri tələbə səhifəsi mütəmmadi olaraq bu haqda sərlövhəli yazılarla tələbələrin problemlərini gündəmə gətirir. Təqaüdləri verən universitetlərin adları yazılaraq həmin universitet tələbələrin ürəyinə sərinlik, digər təqaüd verməyən universitet tələbələrin ürəklərinə sanki dağ çəkilir.

Ölkədə çox az sayda universitet tapılar ki tələbələrin təqaüdlərini vaxtında ödəsin. Bu əsasən son illərdə inkişaf etmiş universitetlərdir.

Tələbələrin təqaüd məsələsində gecikdirilməyə görə narazılıq etdiyi universitetlər arasında Bakı Dövlət Universiteti ön sıradadır. Qafqaz Universiteti,Xəzər Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet də təqaüd gecikdirilməsinə görə ”öndə” olan universitetlərdəndir.

Cənab Prezident İlham Əliyevin bu ilin fevral ayından etibarən təhsildə rəqabətin artırılması üçün  ödənişli əsaslarla təhsil alan tələbələrin də təqaüd ala biləcəyi haqda verdiyi sərəncamdan sonra universitetlər qış imtahan sessiyasından dərhal sonra ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələrin adlarının tərtib etməli idi. Bu isə Təhsil Nazirliyinin vaxtında tələbələrin adlarının təsdiqləməsi və mahiyyət etibarilə tələbələrin vaxtlı vaxtında təqaüdlərinin alması demək idi. Amma universitetlərin əksəriyyəti işə məsuliyyətsiz yanaşaraq yalnız mart ayından bu prosesə başladı. Bu isə təqaüdlərin gecikdirilməsi ilə nəticələnir..

Sadaladığımız prosesə ən tez reaksiya verərək əməli fəaliyyətə başlayan universitetlər sırasında İqtisad Universitetinin, İdarəçilik Akademiyasının, Azərbaycan Universitetinin, Turizm və Menecment Universitetinin və Aqrar Universitetinin adını çəkmək olar. Bu universitetlər demək olar ki hər ay tələbələrin təqaüdlərini vaxtlı vaxtında ödəyir.

”Azərbaycan Universitetləri” səhifəsi olaraq Təhsil Nazirliyinin də təqaüd məsələsinə görə universitetlərə xəbərdarlıq etməsini istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>