A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14

Azərbaycan Texniki Universitetində Novruz bayramı keçirilib – FOTOLAR

Azərbaycan Texniki Universitetində (AzTU) Novruz şənliyi təşkil olunub. Şənliyi giriş sözü ilə açan rektor, professor Havar Məmmədov AzTU əməkdaşlarını və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib. Professor Havar Məmmədov çıxışı zaman AzTU-nun ölkənin ictimai-siyasi, elmi-texnaloji sferasında tutduğu mühüm pilləyə diqqət çəkərək tələbələrdən gözləntilərin çox olduğunu vurğulayıb. Daha sonra rektor universitetin həyətində Novruz tonqalını alovlandırıb.

AzTU-nun yaradıcı tələbələri isə müxtəlif nömrələr nümaiş etdiriblər. Kimi Kosa, Keçəl, Bahar qız obrazında Novruz abu-havası gətirib, kimi isə musiqi ifa edib, şeir oxuyub.

Tələbələrin böyük marağına səbəb olan şənlik zamanı iş başında olan əməkdaşlara isə bayram sovqatı paylanılıb. AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsi 1200-ə yaxın əməkdaşa bayramla əlaqədar müxtəlif Novruz hədiyələri təqdim edib .

11 12 13 14

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>