A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
13

Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib

Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər, professor-müəllim və tələbə heyətinin iştirakı ilə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

BANM-dan AZEDUPRESS-ə verilən məlumata görə, təntənəli tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramın tarixi kökləri, dəyərləri və xalqımızın adət-ənənələri haqqında danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor onu sülh, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. O, hər kəsə xoş əhval-ruhiyyə və bayram ovqatı arzulayıb.

Tədbir musiqili şou proqramı ilə davam edib. Proqram çərçivəsində BANM-in tələbələri müxtəlif mahnılar ifa edib, hazırladıqları rəqslərlə çıxış edib və Novruz rəmzlərini əks etdirən nümunələr nümayiş ediblər.

Novruz şənliyi böyük ruh yüksəkliyi və sevinclə qarşılanaraq, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>