A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
au_bakalavr_sosial_destek

Azərbaycan Universiteti 12 tələbəni ictimai nəqliyyatda gediş haqqı ilə təmin edəcək 

 

Tələbələrinin sosial həyatının da qayğısına qalan Azərbaycan Universiteti  2018/2019-cu tədris ilində bakalavriat pilləsinə qəbul olan tələbələr üçün sosial dəstək paketi hazırlayıb.

Buna görə, universitetə hər ixtisas üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbələr birinci tədris ili üçün ictimai nəqliyyatda gediş haqqı ilə təmin ediləcəklər. Digər yandan, cari tədris ilində Azərbaycan Universitetinə qəbul olan bütün tələbələr “AtaSığorta” tərəfindən sığortalanacaqlar.

Tələbələrin müvafiq elektron ödəniş kartları və sığorta sənədləri Azərbaycan Universiteti rektorunun I kurs tələbələri ilə görüşündə onlara təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün bakalavriat səviyyəsinə 12 ixtisas üzrə qəbul aparır. Azərbaycan Universiteti haqqında ətraflı məlumat almaq istəyən abituriyent və valideynlər  “Açıq qapı” günlərində iştirak edə bilərlər. “Açıq qapı” günləri 13 avqust tarixinə qədər davam edəcək.

Daha ətraflı məlumat üçün

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Vebsayt:  www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebook.com/AzerbaycanUnv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>