A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
magistratura_elan

Azərbaycan Universiteti magistratura pilləsinə II tur üçün qəbul elan edir

 

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün magistratura pilləsinin boş qalan plan yerlərinə aşağıdakı ixtisaslaşmalar üzrə tələbə qəbulu elan edir.

Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.

263117 Kompüter elmləri – İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 3  yer

263166  Filologiya – Azərbaycan ədəbiyyatı – 10 yer

263174  Filologiya – Azərbaycan dili – 10 yer

263182  Filologiya – Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) – 5 yer

263199 Filologiya – Dilşünaslıq (İngilis dili) – 4 yer

263239 Tarix – Azərbaycanın yeni və ən yeni tarixi – 7 yer

263125  MBA – Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) – 10 yer

263133 MBA – Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə) – 9 yer

263141 MBA – Biznesin təşkili və idarə edilməsi (vergi üzrə)  – 10 yer

263158  MBA – Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – 20 yer

  • MBA proqramına qəbul rus bölməsi ilə birgə aparılır və tədris ingilis dilindədir.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.
  • Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

Daha ətraflı məlumat üçün
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>