A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
b6f5c88026bb5ccabbaf4396edf8ab18

“Övladımın Qərbi Kaspi universitetini seçməsi mənim tövsiyəm olub” – Elçin Şıxlı

“Keçid ballarının 200-ə qədər endirilməsi təəssüf doğurur. 200 bal toplayaraq universitetə daxil olan gənc keyfiyyətin aşağı olduğu əksər ali təhsil müəssisələrində də mütəxəssis kimi yetişə bilmir və beləcə, əmək bazarında ali təhsilli, ancaq qeyri-peşəkar kadrlar artır. Hansı ki, həmin gənc bu cür ali təhsildənsə, bir peşəni 1-2 ilin içərisində yüksək səviyyədə öyrənə bilərdi”.

Bu sözləri saytımıza açıqlamasında Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

E.Şıxlı neft bumu ilə əlaqədar olaraq bu sahəyə marağın güclənməsini təbii hesab etsə də, bu istiqaməti seçən gənclərin gələcək perspektivlərindən də qayğılandığını ifadə edib: “Neft Akademiyası ənənələri olan bir təhsil ocağıdır, belə halda onu gücləndirmək əvəzinə Bakı Ali Neft Məktəbi yaradıldı. Deyək ki, diversifikasiya, rəqabət mühitinin gücləndirilməsi baxımından bu, yaxşıdır. Ancaq neft sənayesi üçün kadr hazırlığını gücləndirdiyimiz indiki dövrdə dünya alternativ enerji mənbələrinə müraciət edir. Bir neçə il sonra yeni enerji mənbələrinin iqtisadiyyat üçün aparıcı qaynaq olacağı güman edilir. Belə halda, neft sənayesi üzrə ixtisaslaşmış çoxsaylı mütəxəssislərimizin taleyi necə olacaq?!”

Tanınmış jurnalist bu günlərdə ixtisas seçimi edəcək abituriyentlərə diqqətli olmağı tövsiyə edib: “Bu seçim çox vacibdir. Peşəmiz ömrü boyu bizimlə qalır və yaşayışımıza, güzaranımıza təsir edir. İxtisas seçərkən onun gələcək perspektivlərini mütləq nəzərə almaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, seçdiyim ixtisası hansı universitet daha yaxşı tədris edir, bu sahədə hansı təhsil ocağı daha yaxşı kadr hazırlayır. Bəzən deyirlər ki, seçimi şagirdin, abituriyentin öz öhdəsinə buraxmaq laızmdır. Axı 17 yaşlı yeniyetmə bütün amilləri qiymətləndirmək, təhlil etmək iqtidarında deyil. Bu mənada hesab edirəm ki, valideynlərin də tövsiyələri olmalıdır. Mənim övladım 90-cı illərdə Qərb Universitetini (indiki Qərbi Kaspi Universiteti – red.) bitirib. Açığını desəm, seçimdə mənim də tövsiyəm olub. Bu universitet yaxşı ənənələri olan bir təhsil ocağı idi. Yeri gəlmişkən, bu gün də xoş xəbərlərini alıram, dəyişikliklərin, müasirləşmənin getdiyi hiss olunur, yüksək dünya standartlarını tətbiq etməyə can atırlar. Bu mənada son dövrlər UNEC, ADA, BANM-ın da adlarını çəkərdim. Təhsil ocaqlarında irəliyə doğru atılan hər bir addım gələcəyimizin, cəmiyyətimizin, dövlətin inkişafına xidmət edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>