A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
37878742_1870939159665697_6544650274923872256_n

ADAU 1-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatdı

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Davamlı İnkişaf Hədəfləri adlı 1-ci Beynəlxalq Yay Məktəbində yekun mühazirə Azərbaycan Respublikası kənd təsərrüfatı Nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və məsləhətçi Drs. İng. Martis van Splunter tərəfindən aparılıb. Mühazirədə aqrar sahənin inkişafında beynəlxalq təcrübə, Azərbaycanda kənd təsərrüfatının inkişafının müasir vəziyyəti, qarşıda duran vəzifələr,prioritet istiqamətlər barədə müzakirələr aparılıb.
Mühazirədən sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub. Məktəbi uğurla başa vuran iştirakçılara 3 kredit verilməsi sertifikatlarda təsbit edilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məktəbin iştirakçılarını yay məktəbini uğurla başa vuranları səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb. İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən respublikanın müxtəlif bölgələrinə səfərləri özündə əks etdirən yay məktəbini çox yüksək qiymətləndirərək, yaradılan şəraitə görə rektora minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 2018-ci ilin 16-28 iyul tarixlərində keçirilən məktəbə Azərbaycandan 10, Belarusdan 1, Qazaxıstandan 2, Gürcüstandan 4, Çin Xalq Respublikasından 2, Çexiyadan 4, Türkiyədən 3, Rusiyadan 1, Polşadan 5, Özbəkistandan 1, İran İslam Respublikasından 1 tələbə qatılıb.
Məktəbdə Davamlı İnkişaf Hədəflərinə dair məruzələr dinlənilməklə yanaşı, iştirakçılar respublikanın aparıcı aqrar sənaye şirkətlərindən “Gilan Holdinq”in kənd təsərrüfatı müəssisələri, “Göygöl Şərab” ASC, Şəmkir rayonunda Vitamin Vio müəssisəsi, arıçılıq təsərrüfatları, Gəncə “ASAN xidmət” mərkəzi, habelə ölkəmizin füsunkar yerlərindən olan Göygöl Milli Parkı, Göygöl Olimpiya İdman Kompleksi, Qəbələ rayonunun istirahət-əyləncə mərkəzləri, Gəncə şəhərində Nizami Məqbərəsi və “Nizami Gəncəvi” Muzeyi , Heydər Əliyev Park-Kompleksi, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi , ”Zəfər Tağı”, ”Məhsəti Gəncəvi” Mərkəzi, ”İmamzadə” dini kompleksi, Xan bağı, ”Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, “Mirzə Şəfi Vazeh” Muzeyi, Azərbaycan Xalq Cümuriyyəti Muzeyi, Filarmoniya, “Xəmsə” Parkı və digər yerlərə səfər ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>