A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
38085590_1874949329264680_1826520059070119936_n

ADAU-da 700 bal toplayan tələbə ilə görüş keçirilib

Dövlət İmtahan Mərkəzi iyulun 26-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanda II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent maksimum nəticə göstərib. 700 bal toplayanlardan biri də Gəncə şəhər 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir. Onun valideynləri- Mahil Məmmədov və Maral Məmmədova Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlarıdır. Qardaşı Tural Məmmədli isə universitetin tələbəsidir. Bu münasibətlə universitetdə təşkil olunan yığıncaqda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Selcan Məmmədlini, onun valideynlərinin səmimi qəlbdən təbrik edib, uğurlar arzulayıb, habelə gül və 500 manat məbləğində pul hədiyyə edib. Görüşdə iştirak edən universitet əməkdaşları da valideynləri təbrik edib, istedadlı övlad böyütdüklərinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, birinci qəbul imtahanından 676 bal toplamağına baxmayaraq Selcan bu nəticə ilə razılaşmayıb və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>