A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
aciq_qapi_gunleri_2018_poster

Azərbaycan Universitetində “Açıq qapı” günləri

Azərbaycan Universiteti bu ali təhsil müəssisəsi haqqında ətraflı məlumat almaq istəyən abituriyent və valideynləri 30 iyul – 13 avqust tarixləri arasında saat 10.00-dan 16.00-dək “Açıq qapı” günlərinə dəvət edir.

“Açıq qapı” günlərində iştirak etmək üçün öncədən qeydiyyat tələb olunmur. Abituriyent və valideynlər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”nə şəxsiyyət vəsiqələrini təqdim etməklə məlumat sessiyasında və infoturda iştirak edə bilərlər.

Eyni zamanda Dövlət İmtahan Mərkəzinin Azərbaycan Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə köməklik göstərmək məqsədi ilə fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”nin xüsusi treyninq keçmiş əməkdaşları müraciət edənlərə ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında məsləhət xidməti və texniki dəstək göstərirlər. Mərkəz həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Ətraflı məlumat üçün tel.: 055 220 40 58

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>