A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
bp

Bakı Ali Neft Məktəbinin 5 məzunu BP-dən iş təklifi aldı

Bakı Ali Neft Məktəbinin (BANM) 2018-ci il məzunlarının uğurları davam edir. Bu il Ali Məktəbi bitirən daha 5 nəfər – Aydan Əsədova, Tərlan Əliyev, Nigar Allahverdiyeva, Nərmin Abbaslı, Mehriban Əliyeva BP şirkətinə işə qəbul olublar.

Məzunlar keçən il BP-də 10 həftəlik təcrübə proqramı keçiblər. Proqram boyu öz nizam-intizamı, bilik və bacarıqları ilə seçilən tələbələr  bu il məzun olan kimi heç bir müsabiqə keçmədən BP şirkəti tərəfindən iş təklifi alıblar. Proses mühəndisi, quyu mühəndisi kimi vəzifələrə təyin olunan gənc mütəxəssislərin çoxu artıq öz vəzifələrinin icrasına başlayıb.

Qeyd edək ki, transmilli şirkətlərdə milliləşmə siyasəti olaraq, xüsusilə neft-qaz layihələrində  Azərbaycan vətəndaşlarının sayının artırılması məsələsi daim diqqət mərkəzindədir. Bu nöqteyi nəzərdən həm BANM, həm də BP şirkəti neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkilinə böyük önəm verir. Ali Məktəblə BP arasında məhz bu istiqamətdə  əməkdaşlıq isə tərəflər arasında imzalanmış xüsusi müqaviləyə əsaslanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>