A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
37293284_1852793498146930_3341350067977060352_n

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Davamlı İnkişaf Hədəfləri adlı 1-ci Beynəlxalq Yay Məktəbi başlayıb. Bu münasibətlə universitetin 2 nömrəli Tələbə evinin akt zalında məktəbin açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları salamlayaraq, ilk dəfə keçirilən məktəbin fəaliyyətinə uğurlar arzulayıb. Rektor bildirib ki, məktəbin təşkilində məqsəd yerli və xarici ali təhsil müəssisələrinin tələbələrini bir yerə toplamaqla, Davamlı İnkişaf Hədəflərini, onların icra vəziyyətini və qlobal əməkdaşlığı müzakirə etməkdir. 2018-ci ilin 16-28 iyul tarixlərində keçirilən məktəbə ölkəmizin ali təhsil müəssisələrindən Azərbaycan Dövlət İqtisad Universitetindən 3, ADA Universitetindən 1, Bakı Mühəndislik Universitetiindən 1, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Dövlət Universitetindən 1, Azərbaycan Texnologiya Universitetindən 1, Bakı Dövlət Universitetindən 1 tələbə seçilmişdir. Xarici ali təhsil müəssisələrindən isə Qazaxıstan Milli Aqrar Universitetindən 2, Gürcüstan Texniki Universitetindən 4, Çin Kənd Təsərrüfatı Universitetindən 2, Çexiyanın Cənubi Bohemia Universitetindən 3, Təbiət Elmləri Universitetindən 2, Türkiyənin Allattin Keykubat Universitetindən 2 və Yıldız Teknik Universitetindən 1, Rusiya Dövlət Aqrar Universitetindən 1, Polşanın Poznan Təbiət Elmləri Universitetindən 3 və Varşava Təbiət Elmləri Universitetindən 2, Özbəkistanın Əndican Maşın Mühəndisliyi İnstitutundan 1, Tehran Universitetindən 1 tələbə qatılıb. Ümumilikdə isə yay məktəbində iştirak edən tələbələrin sayı 34-dür.
Məktəbin iştirakçıları universitetin Tələbə evində yaşayır yeri ilə təmin olunublar. Bu baxımdan qeyd olunub ki, ADAU-nun maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması təhsil müəssisəsinin beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevrilməsinə səbəb olur.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdıran Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resursları Departamentinin direktoru Elvin Paşayev ölkəmizdə aqrar sahənin, aqrar elm və təhsilin inkişaf istiqamətlərindən, qarşıda duran prioritet vəzifələrdən danışıb, yay məktəbinin iştiraçlılarına uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə, AMEA Gəncə Regional Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək yay məktəbinin təşkilinin əhəmiyyətindən və ADAU-nun beynəlxalq səviyyədə tanınmasında rolundan danışıblar.
Yay məktəbində davamlı inkişaf hədəflərinə dair məsələlər müzakirə olunmaqla yanaşı, iştirakçılar üçün ölkəmizin füsunkar yerlərinə, regionda yerləşən fermer təsərrüfatlarına, Region Aqroparka, Qəbələ Heyvandarlıq Kompleksinə və digər yerlərə turlar təşkil olunacaqdır.
Tədbirin təşkilində göstərdikləri dəstəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin, Aztexnika və Grand Motors şirkətlərinin rəhbərlərinə təşəkkürünü bildirən rektor bildirib ki, bu, ölkədə müəssisə və təşkilatlar tərəfindən ADAU-da rəqabətədavamlı mütəxəssis hazırlığı istiqamətində aparılan işlərə inam və etimadın nəticəsidir.
Sonra məktəbin iştirakçıları çıxış edərək məktəbin təşkilinə görə minnədtarlıqlarını, burada müzakirə olunacaq məsələlərdən faydalanacaqlarını və ölkəmizi daha yaxından tanıyacaqlarını, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinin əhəmiyyətini, təmsil etdikləri ali təhsil müəssisələrinin ADAU ilə əməkdaşlığa böyük önəm verdiyini bildiriblər. Birmənalı olaraq qeyd olunub ki, ADAU-da yaradılan şərait ən müasir tələblərə cavab verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>