A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
5b45c3ecaa2ca

ADNSU-nun rektoru İndoneziyada beynəlxalq konfransda iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İndoneziyanın Surabaya Universitetində (Surabaya şəhəri) keçirilən Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) konfransında iştirak edir. “Rəqəmsal dövrdə ali təhsil müəssisələrində davamlılığın inkişafı” adlı beynəlxalq konfrans iyulun 9-da başlanıb və öz işini iyulun 11-də tamamlayacaq. İndoneziyaya səfəri çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı bir neçə ali məktəbin rəhbərləri ilə görüşüb və əməkdaşlığa dair müzakirələr aparıb.

Qeyd edək ki, Forumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti də iştirak edir. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının İcraedici Komitəsinin üzvü və regional təmsilçisidir. Bu konfransı Asiya və Sakit okean ölkələri Universitetlərinin Assosiasiyası da dəstəkləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>