A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
DSC_9498

“Akkord” şirkəti AzMİU tələbələrinin xaricdə təhsillərinin davam etdirməsinə maliyyə dəstəyi göstərəcək

 

Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMİU) arasında inşaat mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində universitetdə təhsil alan 3 tələbə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin maliyyə dəstəyi ilə magistr təhsillərinin 3-cü semestrini Leiria Politexnik İnstitutunda alacaqlar. Təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri şirkət tərfindən ödəniləcək.

Bu məqsədlə iyulun 12-də  AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, Keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov, universitetin professor-müəllim heyətinin iştirakı ilə  sözügedən universitetdə təhsil alacaq tələbələr arasında görüş keçirilib.

Rektor  universitet ilə  “Akkord” şirkəti arasında faydalı əməkdaşlığın olduğunu, şirkətin tələbələrimizin uğurlu təcrübə keçməsinə böyük dəstək nümayiş etdirdiyini, universitetdə təhsilin keyfiyyətinin artırılmasına əlindən gələn yardımı göstərdiyini qeyd edib. G.Məmmədova əməkdaşlığın nəticəsi olaraq şirkətin universitetin 3 tələbəsinin  xaricdə təhsilini maliyyələşdirməsini sevindirici hal kimi dəyərləndirib. “Akkord” şirkətinin rəhbərliyinə və təmsilçilərinə göstərdikləri xeyirxah təşəbbüs üçün minnətdarlığını bildirib. Mütəxəssis hazırlığında digər iri şirkətlərində belə gözəl təşəbbüslə çıxış etməsini arzulayıb.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini A.Məmmədov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışarkən bildirib ki,  “Akkord” şirkətinin fəaliyyətinin  böyük hissəsini tikinti təşkil edir. Şirkət xarici layihələrin işlənib hazırlanmasında dil bilikləri ilə  yanaşı,  tikinti sahəsini yaxşı bilən yüksək bilik və bacarıqlı kadr potensialına ehtiyac duyur. Bunun görə də şirkət bu sahədə savadlı mütəxəssislərin hazırlanmasında maraqlıdır.

Sonra AzMİU-nun rektoru, professor G.Məmmədova, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini A.Məmmədov və sözügedən universitetdə təhsil alacaq tələbə arasında üçtərəfli fərdi müqavilə imzalanıb.

Rektor sonda Portuqaliyanın Leiria Politexnik İnstitututunda təhsillərini davam etdirəcək universitetin 3 tələbəsinə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, ikili diplom proqramları 2013-2017-ci illəri əhatə edən və Portuqaliyanın Lissabon Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş “RETHINK – Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” adlı TEMPUS layihəsinin nəticəsi olaraq həyata keçirilir. Layihə çərçivəsində İspaniyanın Koruna Universiteti ilə ekologiya mühəndisliyi ixtisası, Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə inşaat mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ikili diplom protokolları imzalanmışdır. Hazırda bu proqramlar çərçivəsində AzMİU-da ekologiya mühəndisliyi üzrə 8, inşaat mühəndisliyi ixtisası üzrə isə 3 tələbə təhsil alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>