A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
37068118_1773270679386965_8560510879156666368_n

Qərbi Kaspi Universitetində MBA proqramının Azərbaycan dilli bölməsi 100% dolub

Qərbi Kaspi Universitetində MBA proqramının Azərbaycan dilli bölməsi 100 faiz dolub. İngilis dilli bölməsi üzrə isə 9 vakant yerə qəbul elan edilib. Məlumat üçün bildirək ki, bu bölməyə qəbul üçün ingilis dili biliyinin yüksək səviyyədə olması tələb olunmur. Universitet 2 illik tədris ili dövründə tələbələrə ingilis dilinin keyfiyyətli və intensiv tədrisi ilə mənimsədilməsini və onların əmək bazarının tələblərinə uyğun kadr kimi hazırlanmasını üzərinə götürür.

Qeyd ki, Qərbi Kaspi Universitetində magistr pilləsinin dərsləri axşam saatlarında təşkil edilir. Bundan əlavə, təhsil haqqının hissə-hissə ödənilməsi üçün mümkündür.
Eyni zamanda “Erasmus+” və “Mövlanə” proqramları xaricdə təhsil üçün imkan yaradır. Magistrlər ikili və üçlü diplom layihələrindən də yararlana bilərlər. Belə ki, İsveçrənin UBIS Universiteti ilə birgə həyata keçirilən MBA proqramı ABŞ-ın Potomak Universiteti ilə əməkdaşlıqla bir qədər də genişləndirilərək üçlü diplom proqramına çevrilib. Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edəcəklər.
Bundan əlavə, universitet magistrləri işlə təmin etmək üçün addımlar atır. Belə ki, tələbələr kənar vakansiyalara yönəldilməklə yanaşı, universitetin özündə də işlə təmin olunurlar. Bu gün universitetin onlarla məzunu və magistrı bu ali təhsil ocağının özündə müxtəlif vəzifələrdə çalışırlar.
Nəhayət, “Tərcümə” ixtisasına qəbul olan tələbələr isə dərhal işlə təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>