A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15302752122715929031_1000x669-600x420

ADU ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında bu universitetdə macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı əməkdaşlıq sənədi imzalanıb.

Əldə olunmuş razılığa əsasən, 2018-2019-cu tədris ilində macar dili xarici dil kimi tədris olunacaq və müqavilənin yenilənəcəyi təqdirdə, 2019-2020-ci tədris ilindən etibarən qəbul planının yerinə yetirilməsindən asılı olaraq, macar dili və mədəniyyəti ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsində xarici dil kimi tədrisini davam etdirəcək.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi ADU-nun Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisasının tələbələri üçün IV kursun VIII semestrində Macarıstanın Azərbaycanda, Macarıstanda və ya digər ölkələrdə yerləşən strukturlarında istehsalat təcrübəsi keçməsi üçün bütün lazımi səyləri göstərəcək.

Azərbaycan Dillər Universiteti macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsində tədris üçün zəruri şəraiti olan otaqla (Macar Dili Mərkəzi), texniki infrastruktur və avadanlıqla təmin etməyi öz üzərinə götürüb.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi isə Macar Dili Mərkəzini müvafiq təlim və tədris resursları (kitablar, audio-vizual resurslar) ilə təmin olunmasını öz öhdəliyinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>