A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
35077789_1938746396170073_8765349800922054656_n

Bakı Ali Neft Məktəbinə virtual səyahət edin – 360° virtual gəzinti

Öz fəaliyyətində yenilikləri və son nailiyyətləri tətbiq etməklə daim gündəmdə olan Bakı Ali Neft Məktəbi (BANM) daha bir yeniliyə imza atıb. Belə ki, Ali Məktəbdə onun 360 dərəcə virtual turunun təqdimat mərasimi keçirilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və administrativ kollektivi iştirak ediblər.

Rektor  Elmar Qasımov Ali Məktəbin dünya standartlarına cavab verən kampusunun və burada yaradılmış şəraitin cəmiyyətə reallıqda olduğu kimi göstərilməsinin labüdlüyünü  bildirib. O qeyd edib ki, 360 dərəcə virtual tur ali məktəblərə seçim qarşısında olan tələbələrə, əcnəbi tələbələrə təəssürat yaratmaqda köməklik göstərəcək, bələdçi rolunu oynayacaq.

Daha sonra Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Xəyalə Fətullayeva 360 dərəcə panoramik çəkilişlərin mahiyyətindən və virtual turun özəlliklərindən danışıb,  bu turun Ali Məktəbin təbliğatında böyük rol oyanayacağına əmin olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları İctimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Sahib Kazımovun təqdimatında Ali Məktəbin kampusuna və Xətai korpusuna virtual səyahət edib və panelin strukturu ilə tanış olublar.

Artıq Bakı Ali Neft Məktəbilə maraqlanan hər bir kəs sadəcə bir klik etməklə onun saytından kampusa, orada tələbələr üçün yaradılmış şəraitə, laboratoriyalara, mühazirə otaqlarına, idman kompleksinə, tələbə evinə və s. rahat şəkildə virtual tur edə biləcək. Bunun üçün sadəcə aşağıdakı linki klikləmək kifayətdir.

http://www.bhos.edu.az/tour/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>