A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
35062814_1938723022839077_7224730476202688512_n

Azərbaycan Universiteti magistraturaya qəbul elan edir

Azərbaycan Universiteti magistratura pilləsinə aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

  • Filologiya – Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı)
  • Filologiya – Azərbaycan dili
  • Filologiya – Azərbaycan ədəbiyyatı
  • Filologiya – Dilşünaslıq (İngilis dili)
  • Tarix – Azərbaycanın yeni və ən yeni tarixi
  • Kompüter elmləri – İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı
  • Sosial iş – Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş
  • Sosial iş – Gənclərlə iş
  • MBA – Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə)
  • MBA – Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə)
  • MBA – Biznesin təşkili və idarə edilməsi (vergi üzrə)
  • MBA – Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)

 

Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.

Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.

MBA xaricində bütün ixtisaslaşmalara dövlət sifarişi ilə (pulsuz) qəbul aparılır.

MBA proqramına qəbul rus bölməsi ilə birgə aparılır və tədris ingilis dilindədir.

Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.

Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

 

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>