A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
28701011_1625979934116041_8855512908842225903_o

Tələbələrimiz təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alır

 

Qərbi Kaspi Univeristetinin tələbələri ölkənin aparıcı dövlət və özəl strukturlarında təcrübə keçirlər. Bu qurumlar arasında Milli Məclis, “ASAN Xidmət” Mərkəzləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, AMEA-nın İnstitutları, banklar, muzeylər və s var.

Bundan əlavə universitet tələbələri üçün xüsusi təcrübə proqramları da təşkil etməkdədir. Ölkənin aparıcı mobil operatoru olan “Bakcell”lə əməkdaşlıq çərçivəsində bu günlərdə növbəti təcrübə proqramına start veriləcək. Belə ki, Qərbi Kaspi Univeristetinin tələbələri Satış və Marketinq Şöbəsində təcrübə keçməyə başlayacaqlar.

Sevindirici haldır ki, tələbələr təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alırlar. Tələbələrin ixtisas, xarici dil və İT bilikləri yüksək qiymətləndirilir və hər il universitetin onlarla tələbəsi təcrübə keçdiyi təşkilatlarda işlə təmin olunur.

Bu ilin mart ayında Qərbi Kaspi Universiteti tərəfindən keçirilən və 50-dək şirkətin qatıldığı Əmək Yarmarkası da tələbələr üçün yeni iş imkanları açdı. Universitetin xeyli sayda tələbəsi və məzunu bu yarmarkada iştirak edərək işlə təmin olundu və təcrübə proqramlarına qoşuldu.

Eyni zamanda əlavə edək ki, Qərbi Kaspi Universiteti tələbələrini işə götürməklə də onların məşğulluq problemini həll edir.

Hazırda universitetin onlarla məzun və tələbəsi bu ali təhsil ocağının laboratoriyalarında, mərkəzlərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir.

Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir. Tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir. Bununla yanaşı, tələbələr üçün işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.

Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri tapmaqda yardım edir. Universitetin tələbələri haqqında hərtərəfli məlumat informasiya bazasına toplanır. Hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>