A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
IMG_8532

BSU rektoruna Mahmud Kaşqari adına beynəlxalq mükafat təqdim olunub

31 may 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub. Qeyd edək ki, M.Kaşqari medalı Ümumtürk mədəniyyətinə, ədəbiyyatına  xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medala Nursultan Nazarbayev, Oljas Süleymanov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib.

Mahmud Kaşqari adına Beynəlxalq Fondunun prezidenti, şair  Elxan Qaraxanoğlu təqdimat mərasimində çıxış edərək Beynəlxalq Fondun mahiyyəti, funksiyası  və vəzifələri barədə qısa məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının dünyada tanıdılmasında xüsusi önəm daşıdığını bildirib. E.Qaraxanoğlu Bakı Slavyan Uiversitetinin rektoru, professor Nurlana Əliyevanın  fəaliyyətinin çoxtərəfli olmasına diqqət çəkərək onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi qeyd edib. O, bildirib ki,  N.Əliyevanın pedoqoji və elmi sahədə gördüyü işlər müasir Azərbaycan gəncliyinin vətənpərvərlik və milli–mənəvi dəyərlər ruhunda yetişməsində misilsiz rol oynayıb.

Fondun prezidenti Bakı Slavyan Universitetinin ölkənin nümunəvi ali məktəblərindən olduğunu xüsusi qeyd edib.

BSU rektoru, professor N.Əliyeva cavab nitqində  Mahmud Kaşqari adına Beynəlxalq Fondunun rəhbərliyinə minnətdarlıq bildirməklə yanaşı, bu mükafatın onun üzərinə böyük məsuliyyət qoyduğunu nəzərə çatdırıb. O, deyib ki, bundan sonra iki qat əzmlə çalışmalı olacaq. BSU rektoru həm də mükafatın təkcə ona deyil, bütün universitetə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il mükafata layiq görülənlər sırasında AMEA-nın Humanitar Elmlər Bölməsinin rəhbəri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik T.Kərimli və Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>