A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
5b0f993264d46

ADNSU rektoru Strasburq Universitetində təcrübə keçəcək UFAZ müəllimləri ilə görüşüb

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Erasmus” mübadilə proqramı çərçivəsində Fransanın Strasburq universitetində təcrübə keçəcək professor-müəllim heyəti ilə görüşüb.

Azərbaycan-Fransa əməkdaşlığının fonunda UFAZ kimi uğurlu layihənin olduğunu diqqətə çatdıran, həmçinin UFAZ-da iki ildə görülən işlərdən və yeni layihələrdən danışan rektor, professor M.Babanlı təhsilin keyfiyyətinin yüksəldilməsinin, maddi-texniki bazanın yaxşılaşdırılmasının, eyni zamanda müəllimlərin hazırlıq səviyyəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə mübadilə proqramlarının xüsusi əhəmiyyətini qeyd edən rektor M.Babanlı müəllimlərin Strasburq universitetində diqqət yetirməli olduğu sahələrdən bəhs edib.

Görüşün sonunda UFAZ müəllimlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, UFAZ-ın 12 nəfərdən ibarət professor-müəllim heyəti “Erasmus” mübadilə proqramı çərçivəsində iyunun 3-dən 9-dək Fransanın Strasburq Universitetində təcrübə mübadiləsində iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>