A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
34031900_1858281414224004_5438666668303712256_n

Bakı məktəbliləri SDU-da

Mayın 30 –da Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”in) birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakıda yerləşən 284 saylı orta məktəbin bir qrup şagirdi Sumqayıt Dövlət Universitetində oldu.
Şagirdləri SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qəbul etdi. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam mühitin formalaşdırılması istiqamətində gerçəkləşən müxtəlif layihələrdən və “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsinə pilot olaraq 2016-cı ilin dekabrından Bakının 30 məktəbində başlanılıb. “Məktəblilərin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz, sağlam mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. Son zamanalar məktəblə universitet arasında əlaqələrin qurulması artıq ənənə halı alıb. Bu da universitetlə orta məktəb arasında əlaqələri genişləndirir, şagirdlər universitet haqqında geniş məlumat əldə edir və gələcək ali təhsil müəsissələri üzrə seçimləri haqqında fikir formalaşdırır. Prorektor şagirdlərə universitetin yaranma tarixi barədə, mövcud ixtisaslar və gələcəkdə ölkəmiz üçün vacibliyi nəzərə alınaraq açılacaq ixtisaslar haqqında da ətraflı məlumat verdi. Onlara gələcəkdə hansı sənətin daşıyıçısı olmağından asılı olmayaraq ölkəmizin layiqli vətəndaşı olmağını arzu etdi.
Sonra şagirdlər universitetin tədris binalarına ekuskursiya etdilər. Gələcəyin tələbələri gəzinti zamanı universitetin Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələr, auditoriyalar və laboratoriyalarında, TEMPUS otağı, kitabxana və tədris otaqlarında, kompüter və informasiya mərkəzində, Linqvistik mərkəzdə, İdman zalında oldular. Həmçinin universitetin həyətində inşa edilən şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulan köşklərlə və burada yaradılan şəraitlə yaxından tanış oldular. 284 saylı orta məktəbin nümayəndələri universitetdə olmaqdan məmnunluqlarını dilə gətirdilər, görüşə görə universitet rəhbərliyinə və təşəbbüskarlara minnətdarlıqlarını bildirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>