A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
IMG_8311

BSU-da istehsalat praktikasının yekunlarına həsr olunmuş konfrans keçirilib

Bakı Slavyan Universitetində (BSU) 16 fevral-24 may 2018-ci il tarixləri arasında müxtəlif  idarə və təşkilatlarda praktikada olmuş  IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva istehsalat və pedaqoji təcrübənin uğurla başa çatdığını bildirib. O, məzun olmağa hazırlaşan gənclərin böyük əksəriyyətinin praktika müddətində özlərini doğrultduqlarını, universitetə müsbət xasiyyətnamə ilə qayıtdıqlarının diqqətə çatdırıb. N.Əliyeva onları gəncləri gələcəkdə çalışacaqları qurumlarda da ciddi olmağa, milli-mənəvi dəyərləri qorumağa, həmin strukturlara xalqımızın ən yaxşı adət-ənənələrini aparmağa səsləyib. O, Ulu öndər Heydər Əliyevin əmanət qoyduğu  zəngin milli mənəvi irsin, mənəvi-əxlaqi dəyərlərin yaşadılmasını hər bir Azərbaycan gəncinin qarşısında duran vacib vəzifə olduğunu vurğulayıb, tələbələri daim həmi mövqedən çıxış etməyə dəvət edib.

N.Əliyeva təhsillərini başa vurmaqda olan gənclərə bütün zamanlarda universitetin adını uca tutmağı, intizamlı, işə münasibətdə məsuliyyətli olmağı tövsiyə edib. Rektor əvvəlki illərin təcrübəsindən çıxış edərək məzunların çox vaxt istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırıb. O, bu il də belə təkliflər alan tələbələrin olduğunu bildirib. Rektor buna görə də praktika dövründə tələbələrin peşəkarlıq qazanmalarının, öz üzərlərində işləmələrinin vacib şərt olduğunu qeyd edib.

Təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov istehsalat və pedaqoji təcrübənin keçirildiyi təşkilatlar, təcrübənin gedişatı və digər məsələlər barədə hesabatla çıxış edib. O, qeyd edib ki, tələbələr bu il Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda, ASAN  Xidmətdə, Milli Məclisdə, Dövlət Miqrasiya Xidmətində, Mərkəzi Seçki Komissiyasında, Heydər Əliyev Mərkəzində,  “Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətində, Bakının orta təhsil müəssisələrində, o cümlədən qeyri-hökümət təşkilatlarında pedaqoji və istehsalat təcrübəsində olublar. Y.Alxasov tələbələrin böyük əksəriyyətinin özlərini müsbət cəhətdən göstərdiyini bildirib.
Sonra söz alan jurnalistika fakültəsinin müəllimi Mübariz Əhmədov təcrübəyə yollanan tələbələrin tezliklə müxtəlif idarə və təşkilatlarda BSU-nu təmsil edəcəklərini xatırladıb və onları çalışacaqları qurumlarda hər kəsə örnək olmağa çağırıb.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov isə çıxışında universitetin gələcək fəaliyyətində praktika hesabatları əsasında aparılmış təhlillərin nəzərə alınmasının vacibliyini qeyd edib. Universitet rəhbərliyi müstəqil həyata atılmağa hazırlaşan gənclərə uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>