A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
IMG_4093

Sumqayıtın məktəb şagirdləri Xalq Cümhuriyyətini qeyd etdi

2018-ci il may ayının 28-də müsəlman şərqində qurulmuş ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq ölkə prezidenti İlham Əliyevin 16 may 2017-ci il Sərəncamında qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində qeyd edilsin.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkənin hər bir yerində silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə  təşkil olunub. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ruhiyyə Tağıyeva açıb. O, Azərbaycanı  islam və şərq dünyasında ilk respublika olduğunu qeyd edib.  Çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, dövlətçilik irsinin qorunmasından və onun əhəmiyyətindən  danışıb.

Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin metodisti Gülbahar Haqverdiyeva, SDU-nun Tarix fakültəsinin dekanı Adil Baxşəliyev, Sumqayıt Tarix Muzeyinin əməkdaşları, Sumqayıt şəhər mərkəzi kitabxana və Birləşmiş Uşaq kitabxanasının nümayəndələri çıxış ediblər.

Tədbirin sonunda məktəb şagirdləri tərəfindən ədəbi bədii kompozisiya təqdim olunub.

 

sayt 1 IMG_4053

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>