A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
ada_230518_01

“ADA” Universiteti tələbə start-up layihələrini qiymətləndirib (FOTO)

“ADA” Universiteti tədris ilinə yekun vuraraq “ADA Innovation Awards 2018” mükafatının təqdimetmə mərasimini keçirib.

Universitetdən Trend-ə verilən məlumata görə, mükafata 18 tələbə layihəsi namizəd olub. Layihələr dünya şöhrətli alim, ADA Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə münsiflər heyətinin mühakiməsinə verilib. Tələbələrin start-up layihələrini münsiflər heyətinin üzvü olan Universitetin Biznes İnstitutu və İT və Mühəndislik İnstitutunun müəllimləri ilə yanaşı, Barama, Code Academy, “Nar”, Pasha Bank, Pasha Holding və Gilan Holdingin nümayəndələri orijinallıq, komanda işi, biznes modeli, aidiyyatlı strateji sahə və digər amillər üzrə dəyərləndiriblər. Səsvermənin nəticələrinə əsasən, ictimai iaşə yerlərindən səmərəli istifadəni təmin etmək üçün ərazinin məşğulluğunu hesablayan “ADA Smart FM” tətbiqi üçüncü, əcnəbi turistlərə Bakıda ehtiyac olan dildə bələdçi tapmağa yardım edən “Guideto” tətbiqi ikinci, tələbələrə yaxşı qavramadığı dərsləri izah edəcək materialları təklif edən “Mytutor.az” veb platforması isə birinci yeri qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilməklə yanaşı 2018-2019-cu tədris ilində ADA İnnovasiya Mərkəzinin “sakinləri” titulunu alıblar.

Qeyd edək ki, iki il əvvəl ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin şəxsi təşəbbüsü ilə təsis edilən ADA İnnovasiya Mərkəzi tələbələr arasında innovativ düşüncə tərzi və sahibkarlıq ruhunu artırmaq məqsədi ilə yaradılıb. Müxtəlif ixtisaslar üzrə tələbələr bir komandada birləşərək öz sahələri üzrə bacarıqlarını təcrübədən keçirir, gündəmdə olan məsələlərə orijinal və kommersiya baxımdan gəlirli həll yolları axtarırlar. ADA İnnovasiya Mərkəzinin əlaqələndiricisi Emin Ələsgərovun bildiridiyinə görə, bu təşəbbüs nəticəsində son iki ildə 40-a yaxın tələbə start-up ideyası ortaya qoyulub. Onların bir neçəsi müxtəlif yerli və xarici maliyyə təsisatlarından investisiya dəstəyi qazana bilib. Bu ilki qaliblər, ADA İnnovasiya Mərkəzinə bir illik “köçərək” biznes ideyalarını inkişaf etdirmək üçün Universitet tərəfindən ofis ərazisi, mütəxəssis məsləhəti, investorlar şəbəkəsinə çıxış və digər resurslar şəklində dəstək alacaqlar. Tələbələrin belə yaradıcı ideyaları xüsusilə “NAR”-ın diqqətini çəkib- onlar ADA Innovasiya Mərkəzinin tərəfdaşı qismində çıxış edirlər. ADA İnnovasiya Mərkəzinin dəstəyi ilə ilk tələbəlik illərindən başlayan sahibkarlıq təcrübəsi gəncləri hazırki bazar üçün layihələrini tamamlayıb maliyyə dəyərinə çevirə biləcək kadrlar kimi yetişdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>