A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
press reliz 2

AzMİU-nun əcnəbi tələbələrinin AXC-nin 100 illiyinə bayram töhfəsi

Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan tarixinin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)  100 illik yubileyi  münasibəti ilə tədbir keçirilib.

AzMİU-nun Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdət Həsənov, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mekan İşanquliyev, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko,Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Mahmut Ağırman, Bakı Yunus Əmrə İnstitutunun təhsil koordinatoru Ali İhsan Çevik, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Aparıcılar tədbir iştirakçılarını və qonaqları salamlayıblar. Giriş nitqi ilə tədbiri universitetin rektoru, professor Gülçöhrə Məmmədova açıb və iştirakçıları salamlayıb. O, əcnəbi tələbələrin təhsil aldıqları ölkənin keçmişinə, tarixinə, mədəniyyətinə dəyər verərək belə bir möhtəşəm mərasim keçirmələrini alqışlayıb. Rektor çıxışında qeyd edib ki, ölkə  prezidenti  İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkəmizdə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi  Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramının göstəricisidir.

Sonra tədbir əcnəbi tələbələrin ifasında maraqlı çıxışlarla davam edib. Gənclər vətənpərvərik ruhunda Azərbaycana və bayrağa həsr olunan şeirlər səsləndiriblər, İran vətəndaşı, Memarlıq fakültəsinin magistr tələbəsi Nəsrin Şəfiyi Qarabağ şikəstəsi oxuyub, Türkiyə vətəndaşı, Memarlıq fakültəsinin 3-cü kurs tələbəsi İlker Turalı “Xalq Heydər söyləyəcək” mahnısını təqdim edib. Onların şeirlər və musiqilərdən ibarət bədii kompozisiyası da zaldakıların alqışları ilə qarşılanıb. Əcnəbi tələbələrin popuri şəklində təqdim etdikləri Azərbaycan, Türkiyə, Ukrayna, Türkmənistan və ərəb rəqsləri tamaşaçıların xoşuna gəlib. Tələbələr sonda alqış sədaları altında əl-ələ tutub “Yallı” gediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>