A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
700 bal

“Həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum!” – 700 bal toplamış Vasif Əsədov

  • Vasif, özünüzü daha yaxından tanıdın.

Mən 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olmuşam. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Mən ailənin böyük övladıyam. Məndən kiçik bir qardaşım var.

  • Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım olub. Həmçinin daha yaxşı biliklərə yiyələnə bilmək üçün xaricdə təhsil almağı da arzu etmişəm. Bu istiqamətdə bir universitet  axtarışında idim və BANM qarşıma çıxdı. Sonra Ali Məktəb haqqında ətraflı araşdırmalara başladım və əmin oldum ki, BANM elə məhz mənim axtardığım bir yerdir.

  • İnkişafınız və bu uğurunuz üçün ən çox kimə borclusuz?

İnkişafım və uğurum üçün müəllimlərimə, valideynlərimə və məktəb yoldaşlarıma borcluyam.

  • Hobbiniz varmı və ümumiyyətlə nə ilə məşğul olmağı daha çox sevirsiz?

Daha çox kitab oxumağı sevirəm. Ona görə hobbim kitab oxumaqdır deyə bilərəm. Qəbul imtahanına hazırlaşdığım son il istisna olmaqla, aşağı siniflərdən bədii kitab oxumağı əsas hobbiyə çevirmişəm. Amma bundan başqa şahmat və voleybol oynamağı, bir də döyüş növləri ilə məşğul olmağı da sevirəm.

  • BANM-ı bitirdikdən sonra nə etməyi planlayırsız?

BANM-ı bitirdikdən sonra təhsilimi xarici ölkələrin birində, xüsusilə də ABŞ və ya Almaniyada davam etdirməyi planlayıram.

  • Seçiminiz BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası olub. Bu ixtisas nə ilə sizi cəlb edir?

“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üçün keçid balı respublikada ən yüksək keçid balına çatdığına görə bu ixtisas məni cəlb etdi. Mən həmişə rəqabəti sevmişəm. Bu ixtisasda rəqabətin ən yüksək  səviyyədə olduğunu düşündüyüm üçün seçimimi məhz onun üzərində dayandırdım. Düşünə bilirsinizmi, ixtisasın ən aşağı bal yığan tələbəsi 685 bal yığıb. Təbii ki, bu cür ixtisas sağlam rəqabətə və yüksək təhsilə zəmanət verir.

  • Seçim qarşısında olan və növbəti il gələn abituriyentlərə nə məsləhət görərdiz?

Seçim qarşısında olan abituriyentlərə məsləhətim bu olardı ki, əgər I qrup üzrə hazırlaşırlarsa, heç düşünmədən BANM-ı seçsinlər. BANM-ın kampusu ilə də tanış oldum, çox möhtəşəmdir. Mən həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum. Bu çox gözəl hissdir. “BANM-ın tələbəsi” adını qazanmağı hər bir abituriyentə arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>