A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1491200647-5902

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Azərbaycanda ümumtəhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi səlahiyyəti verilir. 

“Qafqazinfo” xəbər verir ki,  bununla bağlı “Təhsil haqqında” qanunun 19-cu maddəsinə dəyişiklik edilir.

Maddənin 18-ci bəndinə əsasən, tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.

Əlavəyə əsasən isə, dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>