A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
700

Dünən 700 bal toplayan abituriyentin anası: “Oğlum 3 ildir BANM-a hazırlaşır.”

“Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli orta məktəbin 11 A sinfinin 8 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Bir nəfər isə  700 bal yığıb. Hələ ki, rəsmi cavabları gözləyirik. Ancaq dünən keçirilən imtahanlardan sonra ilkin hesablamalara görə xeyli şagirdimiz yüksək nəticə göstərib”.

Bunu Modern.az-a açıqlamasında İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov deyib.
O, şagirdlərin adlarını da söyləyib.

“700 bal toplayan şagird Vasif Əsədovdur. Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655, Səbinə Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610, Ceyran Mehdiyeva isə 605 bal toplayıb. Sinifdə ümumlikdə 27 şagird təhsil alır”.
700 bal topladığı deyilən Vasif Əsədovun anası Aynurə Əsədova saytımıza açıqlamasında bunları deyib:

“Vasif uşaqlıqdan çox yaxşı oxuyurdu. Ona həmişə ümid etmişik. Düzü, anası olaraq çox çalışdım ki, onu hərbi təyyarəçi görüm. Ancaq Vasif  dəqiq elmlərə üstünlük verirdi. Dünən I qrup üzə keçirilən imtahanda 700 bal toplayıb. Təhsilini Azərbaycan universitetlərində davam etdirmək istəyir. 3 ildir ki, Bakı Ali Neft Məktəbinə daxil olmaq üçün gecə-gündüz çalışırdı. Artıq ixtisasını də müəyyənləşdirib. Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil almaq istəyir. Vasif adi orta məktəbdə oxuya-oxuya yüksək nəticə göstərib. Buna ancaq sevinmək olar”.

Qeyd edək  ki, bu nəticələr şagirdlərin özləri və müəllimləri tərəfindən hesablanmış ilkin cavablardır.  Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi cavablar isə sabah elan olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>