A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
meleyke abbaszade

DİM rəhbəri abituriyentlərin intiharına münasibət bildirib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda iki abituriyentin qəbul imtahanından sonra intihar etməsinə münasibət bildirib. AzVision.az-ın məlumatna görə, M.Abbaszadə bildirib ki, intihar hadisəsi baş verəndə qəbul imtahanlarının nəticələri hələ açıqlanmamışdı.

“Həmişə öz çıxışlarımda valideynlərə müraciət edirəm. Bu prosesdə valideynlərdən çox şey asılıdır. Ailə istəyir ki, övladı ali təhsil alsın. Bunu da onun xoşbəxtliyi üçün istəyir. Uşaq var oxumaq istəmir, ancaq valideyn onu kitab oxumağa məcbur edir. Ola bilər ki, övladının hansısa sahədə əl qabiliyyəti var və bu işlə məşğul olmaq istəyir. Ona görə də yeniyetmələrin fikrini öyrənmək, onlarla ünsiyyətdə olmaq lazımdır”.

DİM rəhbəri qeyd edib ki, valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etmək düz deyil.

“Ümumilikdə isə intihar səbəblərini Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirmək düzgün deyil. Bizim müxtəlif çarxlarımız var. Bu materiallarla valideynlər də tanış olmalıdır”- deyə M.Abbaszadə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>