A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
au_sd_baglanis_01

Azərbaycan Universitetində beynəlxalq konfrans başa çatıb

Azərbaycan Universitetində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri – 2018” beynəlxalq elmi konfransı bağlanış mərasimi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə konfransın plenar məruzəçisi, Anadolu Universitetinin professoru Bülent Açma çıxış edərək Azərbaycanda və konfransın ev sahibi Azərbaycan Universitetində olmaqdan böyük məmnunluq duyduğunu bildirib, tədbirin işini yüksək qiymətləndirib.

Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov konfransın işi və bölmələrdə müzakirə olunmuş məsələlərə dair hesabat məruzəsi ilə çıxış edib. Prorektor qeyd edib ki, konfransa Braziliyadan Qırğızıstana qədər geniş bir coğrafiyaya yayılmış 15-ə yaxın ölkənin alim və tədqiqatçıları məqalə təqdim edib, 10-a yaxın ölkədən alim isə faktiki iştirak edib. Təqdim olunmuş 232 məqalədən 167-si məruzə olunub ki, bu rəqəm konfransın yüksək  səviyyədə keçdiyinin göstəricisidir. Yusif Qasımov beynəlxalq tədbirin elmi komitəsinin üzvlərinə və bölmə rəhbərlərinə səmərəli fəaliyyətləri səbəbiylə təşəkkür edib.

Universitetin rektoru Səadət Əliyeva bağlanış nitqi ilə çıxış edib. Rektor qeyd edib ki, iki günlük beynəlxalq tədbir öz işini uğurla yekunlaşdırıb və məqsədlərinə nail olub. Səadət Əliyeva deyib: “Konfrans həqiqətən elmi müzakirə səhnəsinə çevrildi. Həm plenar məruzələr, həm də bölmə iclaslarında təqdim edilən çıxışlarda çox maraqlı, ciddi elmi araşdırmalar, nəticələr, problemlər ortaya qoyuldu”. Rektor çıxışında tədbirin plenar məruzəçilərinə, konfrans iştirakçılarına, Təşkilat Komitəsinə və universitetin Tələbə Gənclər Təşkilatının üzvlərinə təşəkkür edib.

Sonda bölmə rəhbərləri sertifikatla təltif olunublar.

Qeyd edək ki, konfransın beynəlxalq elmi komitəsində 10 ölkədən alim təmsil olunub. Təqdim olunmuş materiallar konfransın toplusunda çap olunub və qeydiyyat əsnasında iştirakçılara təqdim olunub.

Konfransın tərəfdaşları Cambridge International Academics (İngiltərə), Liepaja Universiteti (Latviya) və “Synergy Group”dur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>