A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
QAB150080467715060570631516187941

Ali məktəblər üçün ikinci imtahanlara qeydiyyat başladı – Abituriyentlərə XƏBƏRDARLIQ

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, mayın 17-dən iyunun 14-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib:

  • Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da  iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.
  • Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
  • 29 mart – 30 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. Bu kateqoriyadan olan rus bölməsinin abituriyentləri isə mayın 29-dək elektron ərizələrini təsdiq etməlidirlər ki, 10 iyun tarixində keçiriləcək Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə bilsinlər.
  • 22 aprel 2018-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında  “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlər də ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrini 11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>