A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
adr 100 qerbi kaspi

Məktəblilərin nəzərinə: Robototexnika Olimpiadasına qeydiyyat başladı

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunmasını nəzərə alaraq Qərbi Kaspi Universiteti “ADR 100 – Məktəblilərarası LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadasını həyata keçirir. Olimpiada şərtlərinə əsasən respublika məktəblərinin 5-11-ci sinif şagirdlərinin 2 nəfərlik komanda şəklində olimpiadada iştirakı nəzərdə tutulmuşdur. Hər komanda qeyd olunan 2 kateqoriyadan yalnız birində iştirak edə bilər.

 

  1. LEGO xəttizləyən

İştirakçı komandalar universitet tərəfindən təmin ediləcək olan LEGO EV3 robotları ilə onlara ayrılmış 2 saat ərzində xəttizləyən robot hazırlayıb əvvəldən təyin olunan xətt üzrə yarışacaqlar.

 

Qeydiyyat linki:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=te9GA_vfr0qhWQecHAMlxxZyjEZ-7U5MsUPkiz_ZzotUOFMwVDMzR0xKQTdLUk4wNktBTklBR05NRS4u

 

  1. Arduino sərbəst layihələri

İştirakçı komandalar qeydiyyatdan keçdikləri zaman hazırlayacaqları Arduino sərbəst layihəsi haqqında məlumat verəcək və universitet tərəfindən təmin olunacaq Arduino ilə onlara ayrılacaq olan müəyyən zaman ərzində öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim edəcəklər. (Layihələrin məzmununa görə əlavə avadanlıqların istifadəsi icazə veriləcəkdir. Qeydiyyat bitdikdən sonra bu kateqoriya üzrə yarışa qoşulanlarla görüşlər keçiriləcəkdir.)

 

Qeydiyyat linki:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=te9GA_vfr0qhWQecHAMlxxZyjEZ-7U5MsUPkiz_ZzotUODVBNjlLNU1BTUQ0MFhKU1VBUjZRMVQ4MC4u

 

Qeydiyyat başlayır: 16 may, 2018

Qeydiyyat bitir: 20 may, 2018

Olimpiada günü: 24-25 may, 2018

 

MÜKAFATLAR:

Qaliblər notebook, mobil telefon, tablet və digər qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Digər iştirakçılara da Sertifikat və hədiyyələr təqdim olunacaq.

 

Ünvan: Əhməd Rəcəbli 3. Qərbi Kaspi Universitetinin Texnoparkı.

Tel: +994 12 565 39 74 (52-ci otaq, daxili nömrə: 105)

Mob: +994 50 263 63 70

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>