A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
adpu

ADPU-da anlaşma memorandumu imzalanıb

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin (Yesenov Universiteti) nümayəndələri ilə görüşüb. Görüşdə Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov, Elmi işlər və beynəlmiləlləşmə üzrə prorektoru Yermek Nurmaqambet, Tərbiyə və sosial işlər üzrə prorektoru Qulsara Djoldasbayeva , ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərlinskiy iştirak ediblər. Qonaqları salamlayan rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli nəticələr əldə edilməsi məqsədilə universitetə dəvət olunmuş ekspertlər haqqında məlumat verib. Yesenov Universitetinin rektoru Berik Axmetov göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi universitetin tarixindən və bugünkü fəaliyyətindən söz açaraq universitetlərində Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə edilib, anlaşma memorandumu imzalanıb və xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>