A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
ada

ADA Universitetində “açıq qapı” günləri keçiriləcək

“ADA” Universiteti bakalavr proqramlarına sənəd verən abituriyentləri və onların valideynlərini “Açıq qapı” günlərinə dəvət edir.
AzEdu.az xəbər verir ki, “Açıq qapı” günlərində “ADA” Universitetinin bakalavr proqramları, tələbə həyatı, təhsil haqqına güzəştlər, qəbul şərtləri və gələcək iş imkanları barədə məlumat veriləcək. Hal-hazırda “ADA” Universitetində bakalavr proqramlarında təhsil alan tələbələr və professor heyəti tədbirdə iştirak edəcəklər.

“Açıq qapı” günləri ixtisaslara görə aşağıdakı şəkildə bölünmüşdür:

1. “ADA-da mənim Biznes Təhsilim” (Biznesin idarə edilməsi və İqtisadiyyat ixtisasları): 17- 18 may, saat 15:00

2. “ADA-da Humanitar ixtisaslar” (Beynəlxalq münasibətlər, Dövlət və İctimai münasibətlər, Hüquqşünaslıq ixtisasları): 21 may, saat 15:00

3. “ADA-da İT Günü” (Kompüter elmləri, İnformasiya Tenologiyaları və Kompüter mühəndisliyi ixtisasları): 22 may, saat 15:00

Qeydiyyat üçün: 1day@ada.edu.az elektron poçtuna məktub göndərmək tələb olunur.

Ünvan: Əhmədbəy Ağaoğlu küç. 11, ADA Universiteti

Tel: (+994 12) 437 3235

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>