A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
cinli

Çində təhsil alan azərbaycanlının səhifəmizə MÜSAHİBƏSİ: “Mənim üçün bundan daha böyük qürur ola bilməz”

Bu günkü müsahibimiz Çinin paytaxtı Pekində Renmin Universitetində təhsil alan həmyerlimiz Fərahim Hüseynzadədir.

 

– Sizi tanıyaq, biraz özünüz barədə məlumat verin, zəhmət olmasa.

 

İlk öncə qeyd edim ki, saat fərqi və işlərimin çoxluğu səbəbiylə daimi yoxlaya bilmirəm səhifələri. Diqqətiniz üçün təşəkkür edirəm , amma düşünürəm birinci paylaşımınızdakı şəkil seçimi uğurlu deyildi elə də. Sosial şəbəkələrdəki profillərimə baxsanız məzmuna uyğun istənilən qədər şəkil tapmaq olardı. Nəysə, əsas müzakirə mövzsusu nailiyyətdir, məncə. Müsahibə almaq təklifinizi isə yüksək qiymətləndirirəm və təşəkkür edirəm bir daha.

 

 

– Mən, Fərahim Hüseynzadə Pərviz oğlu. 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qarabağdan- Cəbrayıl rayonundanam. 2000-ci ildə Cəbrayıl rayonu M.Mehdizadə adına məktəbdə ibtidai təhsilimə başlamış, 2011-ci ildə Bakı şəhəri Xətai rayonu 55 saylı orta məktəbi bitirmişəm. Elə həmin il 642 balla Bakı Dövlət Universiteti Hüquq fakültəsinin ingilis bölməsinə daxil olmuşam. 2015-ci ildə həmin fakültədən məzun olaraq hərbi xidmətə yollanmışam. Hərbi xidməti başa vurub qayıdandan sonra yaxın bir dostumla birlikdə həmtəsisçisi olduğum şirkətdə çalışmışam. 2017-cilin sentyabrından isə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqı müqaviləyə əsasən “Çinin biznes hüququ” ixtisası üzrə magistr təhsilimi davam etdirmək üçün Çinə yollanmışam. Hazırda, Pekində, Renmin Universitetində təhsil alıram.

 

 

– Bildiyim qədərilə Azərbaycanda da yetəri qədər uğur qazanmış gəncsiniz. Qeyd edə bilərsinizmi onları da?

 

 

Uğurlarıma gəldikdə 10-cu sinifdə oxuyarkən Tarix fənni üzrə Olimpadada Bakı və Respublika birincisi olmağı bacarmışam. 2010-cu ildə “Xəmsə” Milli İntellektual Oyununun “Məktəb” liqasında ölkə ikincisi, “Ağıl dəryası” intellektual yarışmasında isə yarımfinalçı olmuşam. Ali təhsil illərimdəki uğurlar, əsasən Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının adı ilə bağlıdır. İki il təşkilatın sədri vəzifəsini icra etmişəm. BDU İntellektual Komandasının kapitanı olmağımla isə belə desək uğurlar bir-birini əvəzləyib. Belə ki, 4 il ərzində “Mən Azərbaycanlıyam” İntellektual Oyunu üzrə ilin qalibi, “Xəmsə” Milli İntellektual Oyunu üzrə Universitet liqasının qalibi, “Nə?Harada? Nə Zaman?” İntellektual Oyunu üzrə Çağırış, Konfederasiyalar, Universiada kuboklarının sahibi, “Parlaq Zəka” İO yarımfinalçısı olmuşam. Bütün bu uğurlarımın məntiqi nəticəsi kimi də BDU-da iki dəfə “İlin tələbəsi” fəxri adına layiq görülmüşəm. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Şurası və ATGTİ- nin dəstəyi ilə bir sıra xarici ölkələrdə keçirilən konfranslarda, seminarlarda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmişəm, sertifikatlara layiq görülmüşəm. Sadalananlardan əlavə, iki şeirlər kitabının müəllifiyəm, hələ də yazmaqda davam edirəm və 7 illik fortepiano məktəbini bitirmişəm.

 

 

– Nailiyyətiniz ölkədə geniş yayıldı, hər kəs demək olar ki adınızı duydu, fəxr etdi. Uğurunuz barədə, təhsil aldığınız universitet barədə danışa bilərsinizmi?

 

Renmin Universiteti Çində hüquq, sosial elmlər və humanitar fənlər sahəsində bir nömrəli universitet hesab edilir, eləcə də dünya reytinqində top 50-likdə qərarlaşıb. Burada təhsilə,elmə önəm verilir və universitet də bunların məntiqi nəticəsi kimi daxili təqaüd və mükafatlarını elan edir. Mən də təhsil göstəricim yuxarı olduğu üçün müraciət etmək qərarına gəldim. Azərbaycan adına bunu reallaşdırdığım üçün çox sevinirəm. Təbii ki,burda təhsilin səviyyəsi nə qədər yüksək olsa da, bu 1 il ərzində qazanılan uğur deyil. Bu iş illərlər, pilllələrə , addımlarla olur və sonda belə uğura gətirib çıxarır. Burada orta məktəb, universitet təhsili, eləcə də fərdi özünüinkişaf rol oynayır. Ən yüksək elmi mükafat hesab olunan bu mükafatı əldə etdiyim üçün valideynlərimə və müəllimlərimə minnətdaram. Bu onların nailiyyətidir.

 

– Bir qədər universitetiniz və təhsilinizin maliyyələşməsi barədə məlumat verərdiniz.

 

Renmin Universiteti barədə yuxarıda qısaca məlumat vermişəm. Renmin sözünün mənası elə Çin dilindən “Xalq” anlamına gəldiyi üçün, Çinin Xalq Universitetində təhsil aldığımı da demək olar alternativ olaraq. Bildiyiniz kimi magistr təhsili alıram Çində. İxtisasım isə Çin hüququ, daha dəqiq biznes və korporativ hüquq sahəsidir. Təhsilim iki illikdir. Universitetin illik təhsil haqqı, yaşayış yeri, dolanışıq üçün aylıq təqaüd, tibbi sığorta, ölkəyə gediş-dönüş bileti və laboratoriya xərcləri qarşılıqlı müqaviləyə əsasən Azərbaycan və Çin dövlətləri tərəfindən qarşılanır.

 

 

– Bəs birdəfəlik Pekinə köçmək necə planlarınızda var?

 

 

Gələcək planlarıma təhsilimi uğurla və fərqlənmə ilə başa vurub ölkəmə dönmək və ölkəmin inkişafı, rifahı naminə bacarığımı sərf etməkdir. Biz Azərbaycanlıyıq, bu millətə, ölkəyə mənsubuq və bu xalqa xidmət etmək bizim mənəvi və eləcə də vətəndaşlıq borcumuzdur. Buna görə də, burada daimi qalmağı düşünmürəm.

 

 

Təşəkkür edirik. İşlərinizdə uğurlar arzu edirik sizə.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>