A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
ufaz

UFAZ-da Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib

Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib. “Rəngarəng ruh” adlı sərgidə gənc rəssam Musa Niftəlinin 23 rəsm əsəri nümayiş olunub. Rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlər də diqqəti cəlb edib. Tədbirdə UFAZ-ın professor-müəllim və tələbə heyəti, eyni zamanda tanınmış incəsənət adamları, xalq rəssamları və rəsm həvəskarları iştirak edib.

Tədbir iştirakçılarını salamlayan UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov UFAZ layihəsi haqqında məlumat verib. Sərginin Frankofoniya həftəsi çərçivəsində keçirildiyini deyən V.Əsgərov rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlərin olmasını xüsusi vurğulayıb.

Sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov və digər mötəbər qonaqlar gənc istedad Musa Niftəlinin rəsmlərinin hər birinin ayrı-ayrılıqda böyük əhəmiyyət daşıdığını, bu əsərlərin böyük zəhmətlə ərsəyə gəldiyini qeyd ediblər.

Sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirən gənc rəssam Musa Niftəli bundan sonra da müəllimlərinin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>