A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1

Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti Azərbaycana səfərə gəlir

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) nümayəndə heyətinin aprelin 19-da Azərbaycana səfəri başlayır.

Universitetdən  bildiriblər ki, rektor Pen Lonun rəhbərlik edəcəyi nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanın elm və ali təhsil ocaqları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, müəllim və tələbə mübadiləsinin təşkili, birgə kadr hazırlığı məsələlərini müzakirə etməkdir.

Aprelin 22-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, “ADA” Universitetində, Azərbaycan Dillər Universitetində görüşlər nəzərdə tutulub. PXDU ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında ədəbi əlaqələrin yaradılmasına, Azərbaycan Dillər Universiteti ilə elmi və tələbə mübadiləsinin təşkilinə dair müqavilələr imzalanacaq.

Qeyd edək ki,1941-ci ildə fəaliyyətə başlayan və əsasən Çin Xarici İşlər Nazirliyi üçün kadrların hazırlanması ilə məşğul olan PXDU-nun məzunları arasında 400-dək səfir, minlərlə diplomat olub. Universitetin hazırda 87 ölkədən 451 təhsil ocağı ilə müxtəlif səviyyələrdə əlaqələri var.

PXDU-da hazırda 98 xarici dil tədris olunur. Ötən ilin fevralından başlayaraq universitetdə Azərbaycan dilinin ikinci dil kimi tədrisinə başlanılıb. “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Çinin Azərbaycan ilə əlaqələrinin inkişafını nəzərə alan ölkənin Təhsil Nazirliyi PXDU-da Azərbaycan dili üzrə kadrların hazırlanmasını qərara alıb. Növbəti tədris ilində 12 çinli gənc Azərbaycan dili üzrə dördillik bakalavriat təhsili almaq imkanı qazanacaq. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>