A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
bdu

BDU və Milli Nüvə Tədqiqatları Mərkəzi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun NICA megaproyektinə qoşulub

Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ-nin NICA (Nuclotron-based Ion Collider faсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir. Tədbirə dünyanın müxtəlif nüvə tədqiqatları mərkəzlərindən 200-dən çox alim qatılıb. NICA proyektinə qoşulmuş BDU və MNTM yerinə yetiriləcək MPD detektor sistemində fiziki proseslərin simulyasiyası, eləcə də hazırda fəaliyyət göstərən BM@N təcrübəsində iştirak edəcək. Hadisə generatorları ilə simulyasiya edilmiş, eləcə də müxtəlif ölçülü nüvələrin toqquşmasından alınmış nəticələrin emalı yerinə yetiriləcək. Xüsusilə, zamanı proyeksiya edən detektorlarda zərrəciklərin innovativ üsullarla ayırd edilməsi BDU və MNTM əməkdaşları tərəfindən işlənib hazırlanacaq, ilk növbədə, zərrəciklərin spektrləri, onların yaranma en kəsikləri ölçüləcək və indiyə kimi yerinə yetirilmiş oxşar ölçmələrlə sistematik şəkildə müqayisə ediləcək. İkinci addımda zərrəciklərin sayı paylanılacaq, onların toqquşmadan-toqquşmaya saylarının dəyişməsi öyrəniləcək, paralel olaraq statistik mexanikadan və dinamik modellərdən əldə edilmiş nəzəri nəticələrlə müqayisələr yerinə yetiriləcək. Bu məqsədlə informasiya texnologiyaları və statistik riyaziyyatın müasir üsullarından istifadə ediləcək. Qeyd edək ki, NICA kompleksindən başqa oxşar tədqiqatlar CERN-in Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>