A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
tehsil

Təhsil liderləri Kiprdə toplanacaq

02-07 iyul tarixlərində Girnə Amerikan Universiteti və Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Şimali Kipr Türk Respublikası (ŞKTR) Prezident Administrasiyası, ŞKTR Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Şimali Kipr Türk Respublikasında “Təhsildə Beynəlxalq Liderlər” Forumu keçiriləcək. Forumun Təşkilat komitəsinin sədri Global Karyera İnstitutunun direktoru Orxan Həsənoğlunun verdiyi məlumata gorə, Forumun əsas məqsədi dünyanın diqqətini təhsiln yüksək əhəmiyyətə malik olduğuna yönəltmək, planetin hər yerində insan kapitalının ən vacib sərvət kimi qavranılmasını önə çəkmək. “yurda sülh, cahanda sülh” anlamının gercəkləşməsinə təhsilin liderliyi ilə çatmağın mümkünlüyü mesajını vermək, dünya təhsil sistemində baş verən yeniliklərlə yaxından tanış olmaq, məşhur təhsil mütəxəssislərinin təcrübəsindən yararlanaraq, liderlik bacarıqlarını artırmaqdan ibarətdir. Forumun açılış mərasimində Şimali Kipr Türk Respublikasının prezidenti cənab Mustafa Akıncı, Təhsil Naziri cənab Camal Özyiğit, Mədəniyyət və Turizm Naziri cənab Fikri Ataoğlu nitq söyləyəcək. Təhsildə Beynəlxalq Liderlər Forumunun iştirakçıları “Təhsildə motivasiya və özünə inamın formalaşdırılmasının sirləri”, “Təhsildə beynəlxalq əməkdaşlıqların perspektivləri və təcrübələrin müqayisəli diskussiyası”, “Məktəb-ailə münasibətlərinin formalaşdırılmasında müəllimlərin rolu”, “Uğurlu idarəçilik: prinsiplər, tətbiqlər, resurslar” mövzusunda seminarların iştirakçıları olacaq, dünyanın fərqli ölkələrindən olan təhsil işçiləri ilə dostluq əlaqələri yaratmaq imkanı əldə edəcəklər. İngiltərənin təhsil mütəxəssisi Skott Gould, San-Dieqo Dövlət Universitetinin professoru Brianna Quentero, Qazaxıstan Elmlər Akademiyasının prorektoru, professor Lidiya Bekenova, Girnə Amerikan Universitetinin qurucusu və prezidenti Serhat Akpınar, Türkiyənin təhsil eksperti, “Fide Okulları”nın yaradıcısı Ali Koç, eyni zamanda Finlandiya və İsrail kimi ölkələrdən dəvət olunmuş spikerlərin iştirak edəcəyi Forum 5 gün davam edəcək. Forumda Azərbaycan da daxil olmaqla iştirakçıların olduğu ölkələrin Təhsil Nazirlikləri, Dövlət Qurumlarının rəsmi nümayəndələri, KİV təmsilçiləri və digər səlahiyyətli şəxslər idə iştirak edəcəklər. Forum çərçivəsində Aralıq dənizinə, Paytaxt Lefkoşa şəhəri ilə yanaşı Girnə və Mağusa şəhərlərinin tarixi və görməli yerlərinə, Girnə Qalası, Girnə Limanı, Şəhər Mərkəzi, Gazimağusa Salamis Harabeleri, Bellapais Monastrı, St. Barnabas Monastrı, St. Hilarian Castle və sairə tarixi məkanlara ekuskursiyalar təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>