A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
newww

Biruni Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Odlar Yurdu Universitetində qonaq olub

Biruni Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Nuran Demirtaş Odlar Yurdu Universitetində qonaq olub. Qonağı qəbul edən Odlar Yurdu Universitetinin prorektoru Dos. Dr. Ceyhun Osmanlı ona universitet barədə ətraflı məlumat verib. O, Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Həmçinin Odlar Yurdu Universitetinin Biruni Universiteti ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Öz növbəsində N.Demirtaş da Odlar Yurdu Universiteti ilə əməkdaşlıq etmək istədiklərini bildirib. Qonaq təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. Görüş zamanı iki universitet arasında tələbə mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıq yardım, birgə elmi rəhbərlər, ikili diplom, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, birgə simpozium, seminar və konfransların təşkili, ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı barədə müzakirələr aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaq öz hədiyyəsini təqdim edib, universitetlə tanış olub və universitetdən xoş təəssüratla ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>