A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
xezer

Xəzər Universitetində Azərbaycan V Beynəlxalq Psixologiya Konfransı baş tutdu

2018-ci il aprelin 7-si və 8-də Xəzər Universitetinin Psixologiya departamentinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan V Beynəlxalq Psixologiya Konfransı keçirildi. Bu il artıq 5-cisi təşkil edilən beynəlxalq konfransa Türkiyə TED universitetindən professor Nilüfer Voltan Acar, Hasan Kalyoncu Universitetindən professor Mehmet Hakan Türkçapar, Hacettepe Universitetindən professor Ebru Cengel Kültür, İstanbul Cerrahpaşa Xəstəxanasının psixiatrı Dos.Dr.Ejder Akgün, Amerikanın George Mason Universitetindən professor Frederick Bemak, Wisconsin La-Crosse Universitetindən isə professor Robert Jecklin dəvət edilmişdir.

İslahat.az xəbər verir ki, konfrans zamanı qonaq professorlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfrans iştirakçıları psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanaraq təcrübələrini artırdılar.

Konfransın sonunda qonaq professorlara plaketlər, iştirakçılara isə sertifikatlar təqdim edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>