A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
meleyke abbaszade

“Cavab verməkdən imtina edənlərin faizi yüksəkdir…”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının dünən keçirilən iclasında monitorinq imtahanları, magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısı, dövlət qulluğuna qəbul sahəsində görülən işlər və s. məsələlər müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, iclasda qurumun rəhbəri Məleykə Abbaszadə bildirib ki, siyahıya rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir və bu, bakalavrların magistraturaya qəbul imtahanının II mərhələsinə hazırlaşmasına çətinlik yaradır. O, təklif edib ki, ali təhsil müəssisələrinin qarşısında elmin aparıcı sahələri üzrə internet resurslarının yaradılması və istifadə olunan əsas tədris materiallarının orada yerləşdirilməsi məsələsi qaldırılsın.

Monitorinq imtahanları ilə bağlı M.Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur. İngilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilmişdir. Nəticələrin təhlili göstərir ki, qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə “siz necə düşünürsüz” tipli suallarda imtinaların sayı daha yüksəkdir (70 %).

Bununla bağlı sədr qeyd edib ki, həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir ki, problemin həlli yolu müəyyən edilsin.

Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, Şura üzvü C.Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilmiş və nəticələr təhlil olunub. Müzakirələr zamanı qeyd olunub ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>