A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
imtahan_02356

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi başa çatıb – YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi başa çatıb

 

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanı keçirilib.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.

 

İmtahanda iştirak etmək üçün 1092 namizəd ərizə təqdim edib.

 

İmtahanın nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

 

***

Saat 09:25

 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

 

DİM-dən Modern.aza verilən məlumata görə, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda–saat 11-00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

 

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 15‑dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən 460-ı cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.

 

İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim cəlb olunacaq.

 

Ərizə vermiş namizədlər imtahanda iştirak etmək üçün martın 27-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə  “Namizədin imtahana buraxılış vəsiqəsini çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

 

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

 

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

 

Qeyd edək ki, göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>