A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
bmuu

Kolumbia Universitetinin professoru BMU-da olub

Kolumbia Universitetinin professoru Amra Sabic-El Rayess Bakı Mühəndislik Universitetində olub. Universitetin rektoru, professor Havar Məmmədov qonağa BMU haqqında ətraflı məlumat verib. Bildirib ki, universitet tam elektronlaşdırılıb. Universitetdə yerli tələbələrlə yanaşı Peru, İndoneziya, Çin və Rusiya kimi bir çox xarici ölkələrdən tələbə təhsil alır. Universitetimizdə fəaliyyət göstərən texnoparkın vasitəsi ilə Silikon Vadisindən mütəxəssislər dəvət edərək iki günlük seminar təşkil etmişik. Məqsədimiz startap layihələr həyata keçirərək sahibkar universitetə çevrilməkdir. Ölkəmizdə müasir texnologiyalı texnoparklar və sənaye kompleksləri fəaliyyət göstərir. Biz də universitet olaraq həmin müəssisələrin inkişafına töhvə verə bilən mütəxəssislər hazırlamağı hədəfləyirik. Sizinlə də bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq. Professor Amra Sabic-El Rayess səmimi qəbula görə təşəkkür edərək, tədqiqat sahəsi barədə məlumat verib. Qeyd edib ki, əsasən təhsil iqtisadiyyatı sahəsində tədqiqat aparır və dünyanın bir cox ölkəsindən tələbələri var. Ən fəal tələbəsinin isə Azərbaycanlı olması onun bu ölkəyə olan marağını daha da artırıb. İndiyədək dünyada bir cox layihələr həyata keçirdiyini vurğulayan professor növbəti layihəsini Çində həyata keçirəcəyini qeyd edib. Azərbaycan təhsili üçün də üzərinə düşən işi yerinə yetirməyə hazır olduğunu da qeyd edib. Rektorla görüşdən sonra ABŞ-da fəaliyyət göstərən Kolumbia Universitetinin professoru və sosial elmlər üzrə elmi tədqiqatçısı Amra Sabic-El Rayessin təqdimatında “Təhsil və sosial mobillik” adlı seminar keçirilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi proqram çərçivəsində keçirilən seminarda universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Qeyd edək ki, Amra Sabic-El Rayess siyasi-iqtisadi və sosial mövzularda tədqiqatlar aparır. Onun Hindistan və Çin kimi ölkələrdə peşəkar xidmətləri mövcuddur. Xanım El Rayessin tədqiqat maraqları və mövzuları çox müxtəlifdir. O, təhsilin iqtisadi inkişafa təsiri, qadınların iqtisadiyyata töhvəsi, qeyri-mühafizəkar qrupların formal və qeyri-formal təhsilə təsiri və sosial dəyərlərdəki dəyişiklikəri araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>