A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
10_982

Dünyanın nüfuzlu universitetlərindən biri ADU-da qonaq oldu

10_982

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Fransanın Bordo Universitetinin nümayəndə heyətinin ADU tələbələri ilə görüşü keçirilib.

ADU-nun mətbuat xidmətindən azedupress.com-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən universitetin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva qonaqları tələbələrə təqdim edərək, onları ADU-da görməkdən şad olduğunu bildirib.

İki gün bundan əvvəl Azərbaycan Dillər Universiteti ilə Fransanın Bordo Universiteti arasında müqavilə imzalandığını bildirən dekan Vəfa Babayeva bu müqavilənin tələbələrə geniş imkanlar yaradacağını və tələbələrin bundan faydalı şəkildə istifadə edəcəklərinə ümid etdiyini qeyd edib. Bordo Universitetinin rektoru Jan Pol Jordan tələbələri salamlayaraq, Bakıda, həmçinin Azərbaycan Dillər Universtitetində olmaqdan məmnunluğunu dilə gətirib.

O, Azərbaycanın aktiv inkişaf edən ölkələrin sırasında olduğunu vurğuladı və Fransanın Azərbaycanla iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq etdiyini sözlərinə əlavə edib. Frankafoniyanın inkişafında Fransanın aparıcı rolu olduğunu deyən rektor iki il öncə Fransa hökuməti tərəfindən ölkəsində ingilis və fransız dillərində kurslar təşkil olunduğunu vurğulayıb. O, bu kursların Fransada təhsil alan xarici tələbələr üçün yararlı olduğunu söyləyib. Sonra Jan Pol Jordan ADU tələbələrinə təmsil etdiyi universitet haqqında ümümi məlumat verib. Rektor iki gün öncə Dillər Universiteti ilə Bordo Universiteti arasında imzalanan müqavilədə tədris sahəsində akademik əməkdaşlıq, birgə tədqiqat proqramlarını inkişaf etdirmək, ikitərəfli konfrans və görüşlər keçirmək, müəllim-tələbə mübadiləsini reallaşdırmaq və digər məsələlərin nəzərdə tutulduğunu bildirib. O cümlədən müqavilədə tələbələr üçün geniş imkan yaradıldığını və bundan sonra da səmərəli əməkdaşlığa ümid etdiyini sözlərinə əlavə edib.

Fransanın Bordo Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Ana Mariya Binet öz növbəsində tolerantlıq və ölkəni tanıtmaq məqsədi ilə təyin olunmuş mübadilə proqramlarının vacib olduğunu bildirib.

O, Azərbaycan tələbələrini Bordo Universitetində görməkdən məmnun olacağını söyləyib. Daha sonra Beynəlxalq Əməkdaşlıq ofisinin rəhbəri İrina Simion Fransanın Bordo Universiteti haqqında təqdimatla çıxış edib. Təqdimatda sözü gedən universitetin akademik strukturu, fakültələrinin sayı, mübadilə proqramları, tələbələrə dəstək, xarici tələbələrin qəbulu və tələbələr üçün ayrılmış kampus haqqında geniş məlumat verib.

Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova Fransanın Bordo Universitetinin nümayəndə heyətini ADU-da görməkdən şad olduğunu bildirdi və onları yenidən universitetdə görəcəyinə ümid etdiyini qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>