A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
4094454661516692375

Dövlət İmtahan Mərkəzi: Martın 18-də 36 mindən çox şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. Həmin gün ümumilikdə 36 min 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 11-dən etibarən çap etdirə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Saat 11:00-da başlanan imtahana şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb. Doqquzuncu sinif buraxılış imtahanının birinci mərhələsində 32 min 822 (Şəmkirdə 2467, Gədəbəydə 837, Ağstafada 944, Qazaxda 1015, Tovuzda 1952, Mingəçevirdə 1302, Balakəndə 881, Zaqatalada 1232, Qaxda 610, Yardımlıda 589, Cəlilabadda 2338, Masallıda 2138, Lerikdə 598, Göyçayda 1335, Ağdaşda 1257, Ucarda 927, İsmayıllıda 981, Qobustanda 377, Ağcabədidə 1815, Xocavənddə 56, Füzulidə 813, Beyləqanda 1047, Salyanda 1419, Neftçalada 821, Hacıqabulda 715, Qusarda 1041, Qubada 1953, Siyəzəndə 469, Xızıda 164, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 729) şagirdin iştirakı nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə 3791 (Bakıda 1499, Gəncədə 300, Şəmkirdə 77, Gədəbəydə 73, Qazaxda 55, Tovuzda 55, Sumqayıtda 428, Şamaxıda 61, Qaxda 84, Bərdədə 132, Göyçayda 70, Kürdəmirdə 76, Zərdabda 60, Şirvanda 153, Sabirabadda 61, Biləsuvarda 66, Salyanda 72, Saatlıda 78, Lənkəranda 56, Cəlilabadda 117, Qubada 77, Qusarda 39, Xaçmazda 102 nəfər) 11-ci sinif şagirdinin iştirakı gözlənilir.

İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>