A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
ada

ADA Universitetində Bahar Gənclik festivalı keçirildi

Martın 15-də “ADA” Universitetində bu ali təhsil ocağının və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VI Bahar Gənclik Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “ADA” Universitetinin rektoru Hafiz Paşayev, universitetin tələbələri və müəllimləri, eləcə də “Coca-Cola“ şirkətinin əməkdaşları Dədə Qorqud parkında şam ağacları əkiblər. Bu aksiya “Coca-Cola” Fondu, “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Ağac əkək, təbiətə töhfə verək” layihəsinin bir hissəsidir.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov deyib: “Coca-Cola” şirkəti ilə ölkəmizi gözəlləşdirmək istiqamətində başladığımız bu əməkdaşlıq artıq 50 min ağacın əkilməsi ilə nəticələnib. Ağacların əsasən Eldar şamı və zeytun ağacları olması təsadüfi seçim deyil. Çünki hər iki ağac həmişəyaşıl, uzunömürlü, estetik, eləcə də su ehtiyatlarını qənaətlə istifadə edən, Azərbaycan iqliminə uyğun bitkidir. Ağacları əkməklə kifayətlənmirik, həm də böyüdür və yaşadırıq. Çünki ağac əkənlər çoxdur, amma onlara baxanlar və qoruyanlar azdır”.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev təmsil etdiyi qurumun Azərbaycanda ətraf mühitin inkişafına verdiyi prioritetdən danışıb. O deyib: “Sosial məsuliyyətli bir şirkət kimi “Coca-Cola” fəaliyyət göstərdiyi ölkələrin inkişafı üçün hər zaman müəyyən işlər görür. Artıq dörd ildir ki, “Coca-Cola” Fondu və “ADA” Universiteti Azərbaycanın yaşıllaşdırılması üçün əməkdaşlıq edir və bunun nəticəsi olaraq 50 min ağacın əkilməsi bizə xüsusi qürur hissi verir. Bu əməkdaşlıq “Coca-Cola” və “ADA” Universitetinin ölkəmizin təbiətinə töhfəsidir”.

Bildirilib ki, layihə çərçivəsində Ələt, Siyəzən, Şıxov və Pirəkəşkül də daxil olmaqla, 55 hektara yaxın boş ərazidə bu günədək 50 min çinar, zeytun və şam ağacı əkilib. Əvvəllər bu ərazilərin əksər hissəsi yarımsəhra olub. Hazırkı vəziyyətdə isə böyümüş şam və zeytun ağacları atmosferi oksigenlə zənginləşdirir, bütövlükdə ekosistemin inkişafına fayda verir. Ağaclar əkildikdən sonra da onların düzgün suvarılması və uzunömürlü olması üçün ərazilər daim nəzarətdə saxlanılır.

Tədbir VI Bahar Gənclik Festivalı ilə davam etdirilib.

Festival sərgi, konsert, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib, universitetdə əsl bayram ab-havası yaradıb. Əyləncəli bayram proqramında “ADA” Universitetinin tələbələri, tanınmış pop və milli musiqi ifaçıları çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>