A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
azeuni

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Azərbaycan Universiteti tərəfindən elan olunan “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qalibləri müəyyənləşib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Əlirza Orucov “Təmiz ada” mövzusunda elmi işi ilə birinci yerə layiq görülüb. ADNSU-nun magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirli isə üçüncü yerə layiq görülüblər. ADNSU-nun tələbəsi Nərminə Abbasova isə dördüncü yerə layiq görülüb və Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Qaliblərə pul mükafatı və müvafiq sertifikatlar verilib. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.

Mükafatlandırma mərasimində əvvəlcə müsabiqənin gedişatını işıqlandıran videoçarx nümayiş olunub.

Çıxış edənlər müsabiqənin, o cümlədən mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətindən söz açıb, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər barədə məlumat veriblər.

Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov qalibləri təbrik edib, uğurlar arzulayıb.

Müsabiqənin tərəfdaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini, professor Nurəli Yusifbəyli alternativ və bərpa olunan enerji mənbələri sahəsində dünyada və ölkəmizdə baş verən proseslər haqqında arayış təqdim edib. Bildirilib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə geniş yer ayrılıb və ölkəmizdə son illər əldə edilən uğurlar Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğı və diqqəti nəticəsində baş verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru, professor Elçin Zeynalov fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Müdafiə Sənayesi Nazirliyinin MAKA Ekologiya İnstitutu direktorunun müavini, professor Nəsimi Kazımov bildirib ki, ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadəyə imkan yaradır.

Müsabiqə komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Elxan Səbziyev təqdim olunan işləri şərh edərək deyib ki, müsabiqə həm də təhsildə çatışmazlıqların aradan qaldırılmasına xidmət edir.

“Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov təşkilatın fəaliyyəti haqqında danışıb.

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev müsabiqənin mövzusunun və aktuallığının əhəmiyyətini vurğulayıb .

Mükafatlandırma mərasimi müsabiqənin qalibi Əlirza Orucovun “Təmiz ada” mövzusunda elmi işini iştirakçılar üçün təqdim etməsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>