A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
qerbi kaspi

Harvard Qərbi Kaspi Universitetinin professorunun çıxışlarını yayımlayıb

ABŞ-ın Harvard Universiteti Qərbi Kaspi Universitetinin (Western Caspian University) professoru Vəsilə Hacıyevanın siyasi elmlər və fəlsəfə üzrə dünya konqreslərindəki çıxışlarını özünün akademik arxivinə daxil edərək yayımlayıb. https://dash.harvard.edu/handle/1/34391775, https://dash.harvard.edu/handle/1/32211559

Məlumat üçün bildirək ki, bu arxiv Harvard kitabxanasının müasir elektron elmi bazasıdır və Harvardın professor və tədqiqatçılarının mötəbər beynəlxalq akademik rəyçilər tərəfindən təsdiqlənmiş elmi işlərini toplayır.
Eyni zamanda universitet bu materialları əlçatan etmək üçün paylaşır, Harvard icmasının, xüsusilə də professor və tədqiqatçılarının e-mail ünvanlarına göndərir. Bu, imkan verir ki, tədqiqatçılar  öz sillabuslarında və tədqiqat işlərində həmin mənbələrdən istifadə etsinlər.

Xatırladaq ki, V.Hacıyeva ötən il Harvard Universitetində “Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti” mövzusunda tədqiqatlar aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>