A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
adnsu

ADNSU sosial şəbəkələrdə “ağıllı çanta” ilə bağlı yayılan videoya aydınlıq gətirdi – RƏSMİ

ADNSU tələbələri “ağıllı çanta”nı yeni funksiyalarla təkmilləşdiriblər Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı “ağıllı çanta” haqqında süjetin müzakirələrə səbəb olması ilə bağlı qeyd etmək istərdik ki, həmin çanta Çindən sifariş olunub. Standart vəziyyətdə yalnız günəş batareyası sayəsində enerji yığmağa qadir olan çanta gənclər tərəfindən təkmilləşdirildikdən sonra sürtünmə qüvvəsindən və ayaqqabıların hərəkətindən yaranan enerjini də akkumulyasiya etmək səviyyəsinə çatdırılıb. Bundan əlavə, daha üç funksiya – çantanın oğurlanmasına qarşı siqnalizasiya sistemi, mobil əplikeyşn və işıq kimi xəbərdarlıq edici funksiyalar da əlavə edilib. Bir daha vurğulamaq istərdik ki, çanta Çin istehsalıdır və süjetdə çantanın üzərindəki loqo da bunu təsdiqləyir. Tələbələr Çindən sifariş etdikləri çantanı ona yeni funksiyalar əlavə etməklə təkmilləşdiriblər. Xəzər TV-nin hazırladığı süjetdə yuxarıda sadalananlar aydın şəkildə qeyd olunub. Süjetdə tələbələrin “ağıllı çanta” istehsal etdiklərindən deyil, onun fuksiyalarından bəhs edilib. Bəzi saytların, eləcə də sosial şəbəkə istifadəçilərinin ADNSU tələbələrinin bu layihəsini guya şəxsi ixtiraları kimi təqdim etməsi haqqında yazılanlar həqiqəti əks etdirmir. Azərbaycanda yeni yaranmaqda olan startap hərəkatının pionerlərindən olan ADNSU startapçılarını, 18-20 yaşlı gənclərimizi bu kimi həqiqətə uyğun olmayan informasiyalarla ruhdan salmayaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>